İllahiyyatçı : “Mollalar düşür ortalığa”


15:55     06 May 2015 din7.jpg

İllahiyyatçı Hacı Təyyar son günlər cəmiyyətdə aktual mövzuya çevrilən qadın zorakılığından danışıb.
Din xadimi Femida.az-a açıqlamasında bildirib ki, İslam qadına qarşı kobudluğu lənətləyir:


“Qadının cəmiyyətdə rolu çox böyükdür. Çünki yerdə yaradıcı qüvvə qadındır, anadır. Allah yaradandır, birinci gücdür. O yaradanda qüdrətini ananın bətnində təzahür edib. Əfsuslar olsun ki, qadın mövzusu dünyada kiçildilərək əyləncə mövzusuna çevrilib, "Sevəndə sevərəm, öldürəndə öldürərəm" kimi düşünürlər. İslama qədər qız uşaqları dünyaya gələndə onları diri-diri torpağa dəfn edirdilər. Cəhalətdən qıza, qadına olan kobudluqlar İslam dini tərəfindən lənətlənir. İslam dini qadını sözün əsl mənasında kişidən üstün tutur ki, cənnəti qadının ayaqlarının altında qərar verib. Demirlər ki, "Cənnət ataların ayaqları altındadır".

İlahiyyatçı baş verən hadisələri mənəviyyatsızlıq və tərbiyəsizlik adlandırıb: “Hardasa mənəviyyat təbliğ olunmaq məsələsi gələndə dərhal bir az mollalar düşür ortalığa mollalıq edir, inteligentlər düşür ortalıqda müasirlik, inteqrasiya, Qərb dəyərlərindən danışır. Amma ortada ikisi də bir iş görə bilmir. Nəticədə tərbiyəsizlik Azərbaycan cəmiyyətinin genefondunda formalaşır. Hələ bu harasıdır?
Hazırda İslam ölkələrində qadınlı-kişili baş kəsilir, qan tökülür”.
Hacı Təyyar hesab edir ki, qadınlarda da nöqsan var və onlara bəzən çox sərbəstlik verilir:

“Qız çox uşaqlarının tərbiyə mexanizmində onlara çox sərbəstlik verilir. Gender brabərliyi, azad fikir deyərək onların hüquqlarını çox böyüdürlər. Qadın faktoru elə bir faktordur ki, o zərif bir şüşədir, sınan bir qabdır. Daşı ona, və ya onu daşa vurduqda, hər bir halda sınan, əzilən qadın olur. Toplananların yerini dəyişdikdə cəm dəyişmir”.

Toma Novruzlu
Femida.az

Açar sözlər:

Oxunub: 717