600 kq sarımsaq gömrükdən geri qaytarılıb


22:37     02 Dekabr 2017 img-1db577-2cabf7-efe108-3d40ee-76d985-6dc91f.jpg

"Bəzi internet resurslarında özünü sahibkar kimi təqdim edən şəxsin ölkəyə idxal etmək istədiyi sarımsaq məhsulunu Gürcüstan ərazisində çaya tökərək məhv etməsi, buna gömrükçülərin yaratdığı süni maneələrin səbəb olduğunu iddia edən video təsvirlər yayımlanıb".


Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

"Dövlət Gömrük Komitəsi bildirir ki,29 noyabr 2017-ci il tarixində Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Abdurahman Ramazan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı, 62 BF 986 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində toxumluq sarımsaq kimi təqdim edilən, təxminən 600 kq sarımsaq yükü daxil olub. Gömrük orqanına nəqliyyat vasitəsindəki yükə aid heç bir müşayiət sənədi, o cümlədən fitosanitar sertifikat və sanitar karantin sənədləri təqdim edilməyib. Vətəndaşa sənədləri təqdim etmək üçün müddət verilib. Lakin 01 dekabr 2017-ci il tarixdə yüklərə aid məsul şəxs tərəfindən heç bir sənəd təqdim edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zidd olduğuna görə mallar gömrük ərazisindən geri qaytarılıb. Eyni zamanda, sözü gedən yükü Gürcüstan Respublikasının gömrük orqanları da ölkə ərazisinə idxalına icazə verməyib", - deyə açıqlamada vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1039