Balıqçı gəmisi tankerlə toqquşub, 13 nəfər ölüb


15:06     03 Dekabr 2017 gemi%20batdi5.PNG

Bu gün səhər saatlarında Sarı dənizdə Yonxındo adası yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisi tankerlə toqquşub.


Femida.az -ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 20 sərnişin və 2 heyət üzvü olub.

Yerli vaxtla səhər saat 06.12 radələrində baş verən hadisə zamanı ən azı 13 nəfər ölüb, 2 nəfər itkin düşüb. Toqquşma baş verən əraziyə 4 vertolyot və 14 gəmi göndərilib.

Açar sözlər:

Oxunub: 2329