İsraili etiraz dalğası bürüdü - Netanyahunun istefa tələbi


15:56     03 Dekabr 2017 israil-de-halk-netenyahu-yu-devirmek-icin_10306241_12_1512281644.jpg

Ötən gün axşam saatlarında İsrailin paytaxtı Təl-Əvivdə etiraz aksiyası keçirilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yüzlərlə insan hökumət əleyhinə etiraza qoşulub.

Nümayişçilər adı rüşvət olayında hallanan Baş nazir Benyamin Netanyahunun istefasını tələb ediblər. Əraziyə cəlb olunan polis etirazçılara müdaxilə etməyib.

Qeyd edək ki, İsrailin baş naziri biznesmenlərdən bahalı hədiyyələr almaqda və ölkədə ən böyük nəşrlərdən birində hökumətin işini pozitiv formada işıqlandırmaq barədə razılıq cəhdində şübhəli bilinir. O, bu səbəbdən 6 dəfə polis tərəfindən sorğu-sual edilib.



Açar sözlər:

Oxunub: 530