İŞİD-ə qoşulmuş azərbaycanlıya hökm oxunub - 14 İL


16:34     04 Dekabr 2017 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatına qoşulmaqda təqsirləndirilən Zöhrab Vəzirovun cinayət işi üzrə məhkəmə iclası davam edib.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm elan olunub, məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Z. Vəzirov Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak edib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 783