Zəlzələdən əziyyət çəkən ailələrə yeni evlər tikiləcək


00:07     08 Sentyabr 2015 9031cbce9989.jpg

4 sentyabrda Şəkidə baş vermiş zəlzələ bir sıra dağıntılara səbəb olmuşdu. Təbii fəlakət nəticəsində rayonun bir neçə kəndində dağıntılar qeydə alınıb. Ən çox zərər çəkən ərazi isə rayonun Qaratorpaq kəndidir. Evləri dağılmış ailələr var. Hazırda həmin ailələr müvəqqəti olaraq çadırlarda yaşayırlar və yenidən mənzilə köçəcəkləri günü səbrsizliklə gözləyirlər.


Şəkinin Qaratorpaq kəndində Şəldiyevlər ailəsi bir neçə gündür ki, çadırda gecələyir.

Sentyabrın 4-də qeydə alınan zəlzələdən sonra kənddə eyni aqibətlə üz-üzə qalan ailələr çoxdur. Ümumilikdə qaratorpaq kəndində 100-ə yaxın evə ziyan dəyib. Kənd bələdiyyəsinin sözlərinə görə, həmin evlərdən iyirmisində ailələrin qalması tamamilə mümkünsüzdür. Həmin ailələrdən 13-ünə müvəqqəti sığınacaq kimi çadırlar paylanılıb.

Əlbəttə ki, çətinliklər də yox deyil. Çadırlara müvəqqəti olaraq elektrik enerjisi çəkilsə də, mavi yanacaqdan istifadə etmək hələlik mümkün deyil.
Çadır həyatının ilk təsirləri isə Şəldiyevlər ailəsində artıq özünü biruzə verib.Hazırda FHN tərəfindən yaradılan xüsusi komissiya öz işini davam etdirir.

Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəhbəri Taleh Alxasov və Qaratorpaq kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun sözlərinə görə, zəlzələ nəticəsində evləri dağılmış sakinlər üçün yeni evlərin tikintisi nəzərdə tutulur.

Ümid edirik ki, həmin gün uzaqda deyil.

Açar sözlər:

Oxunub: 1006


Oxşar xəbərlər