Hacı Məmmədovun meyiti gizlin dəfn edilib


16:29     05 Dekabr 2017 haci%20mememdov.jpg

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilib.


Femida.az xəbər verir ki, o, ailə üzvlərinin iştirakı ilə dəfn edilib.

Məlumata görə, meyitin harada dəfn edilməsi mərhumun ailə üzvləri tərəfindən gizli saxlanılır.

Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2643