Bayram günü bu yollar bağlı olacaq


16:36     06 May 2015 Road_030412_2.jpg

Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə, 9 may 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Femida.az-a verilən məlumata görə, bu səbəbdən, mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir.

Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 887