Xızıda partlamamış hərbi sursat tapılıb


22:57     05 Dekabr 2017 xizi-05.12.2017-89-cu-emeliyyat-gunu-12.JPG

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə dekbarın 5-də birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 58 ədəd partlamamış hərbi sursat (PHS), 105 ədəd partlamış-yanmış mərmi qalıqları və 135 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 37 000 kv.m (3.70 ha) ərazi yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 578