“Azərenerji“də müşavirə keçirilib


01:52     07 Dekabr 2017 azerenerji.png

“Azərenerji” ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və “Hazırlıq Pasportu”nun verilməsi üzrə İşçi Komissiyanın növbəti hesabat-müşavirəsi keçirilib.

Bu barədə Femida.az- a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yəhya Babanlı məlumat verib.
Onun sözlərinə görə, müşavirədə “Azərenerji”nin rəhbərliyi, aparatın və elektrik stansiyalarının, regional elektrik şəbəkələrinin, yüksək gərginlikli elektrik şəbəkəsinin məsul şəxsləri iştirak ediblər. Onlar enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı barədə çıxış edərək planlaşdırılan tədbirlərin icra vəziyyəti ilə bağlı ətraflı məlumat veriblər.
Sonda bu ilin sonuna qədər icrası davam edən tədbirlərin enerji müəssisələrində başa çatdırılması ilə əlaqədar yekun qərar qəbul edilərək müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 506


Oxşar xəbərlər