Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO

20:29     06 Dekabr 2017 mamadyarov_osce_061217_02_30251512801.jpg

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir.


Femida.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib.

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.



Femida.az

Açar sözlər:

Oxunub: 344