62 yaşlı kişinin meyiti tapıldı

20:55     06 Dekabr 2017 meyit%20kisi6.jpg

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 199