Qarabağ münaqişəsi ATƏT-də müzakirə olunacaq


13:21     07 Dekabr 2017 OSCE1.jpg

Bu gün ATƏT-ə üzv olan 40-dan çox ölkənin xarici işlər naziri Vyanada qurumun XİN Şurasının illik iclasında bir araya gələcək.


Femida.az xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Dekabr 7-8-də ATƏT-in baş qərargahında keçiriləcək görüşdə Dağlıq Qarabağ və Dnestryanı, həmçinin Ukrayna münaqişələrinin nizamlanması məsələləri də diqqət mərkəzində olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 648