Fransız səfirdən cəbhə ilə bağlı çağırış


04:29     08 Sentyabr 2015 fransiz%20sefir.jpg

“ATƏT-in Minsk qrupu indiyə kimi olmadığı qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə cəlb olunub”.


APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye cəbhə xəttində son gərginliyi şərh edərkən deyib.

Səfir bildirib ki, hazırda Minsk qrupu Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə dialoqun bərpası istiqamətində çalışır: “Yeni qurbanların verilməsi, iriçaplı silahlardan istifadə olunması və bir neçə yerlərdə dinc əhalinin təhlükəsizliyinin təhdid altına alınması ilə müşayiət edilən Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində atəşkəs rejiminin pozulması hallarını böyük təlaşla izləyirəm”.

Diplomat deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfləri hərbi gərginliyin şiddətlənməsinə yol açan hərəkətlərdən çəkinməyə və atəşkəs rejiminə əməl olunmasına üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Açar sözlər:

Oxunub: 962