Rayonlara qar yağıb - FAKTİKİ HAVA
14:29 07 Dekabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub.
Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.
Femida.az
Oxunub: 1017
Oxşar xəbərlər
- Rayonlara qar yağır - FAKTİKİ HAVA
- Rayonlara leysan yağdı - FAKTİKİ HAVA
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağdı - Yollarda son vəziyyət
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq - Proqnoz
- Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara avtobusla sərnişin daşıyanlara - XƏBƏRDARLIQ
- Rayonlara qar yağır - Faktiki hava şəraiti