25 gün dözə bildi


15:20     07 Dekabr 2017 xestexana_012541.jpg

Lənkəranda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.


Femida.az-ın verdiyi xəbərə görə, rayonun Türkəkəran kənd sakini, 41 yaşlı Nadir Əyyub oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, N.Əzizov bir müddət Bakıda müalicə alsa da noyabırın 22-də yenidən Lənkəranna gətirilib və müalicəsi burada davam etdirilib. Xəstəxanadan verilən məlumata görə, N.Əzizov mədə-bağırsaq qanamasından ölüb. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsinə təhvil verilib.

Xatırladaq ki, N.Əzizovun xəsarət aldığı avtoqəza noyabrın 12-də Astara rayonunun Ərçivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb. Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət almışdı.

Belə ki, "VAZ-2107" markalı minik maşını, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" markalı sərnişin mikroavtobusu və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü, Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölmüşdü.

Hadisə zamanı daha 5 nəfər - 1961-ci il təvəllüdlü Ərçivan qəsəbəsi sakini, Həlimə Fəttah qızı Rəhimova, Astara rayon sakini, 1996-cı il təvəllüdlü Elməddin Rizvan oğlu İsayev, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Azər Qəhrəman oğlu Həsənov, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Səadət Məzahir oğlu Hacıyev və 1976-cı il təvəllüdlü, Nadir Əyyub oğlu Əzizov xəsarət almışdı. Sonuncu bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1770