Xırdalanda yanğın: Sakinlər təxliyə edilib


15:24     07 Dekabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Xırdalanda yaşayış binasında yanğın olub.


Femida.az -ın məlumatına görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1124