Ərdoğan Qüds məsələsini Putinlə müzakirə edəcək

11:56     07 Dekabr 2017 29202BE7-1017-4417-94B3-8F2BF7915C87_w1023_r1_s.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi barədə qərarını pisləyib və bəyan edib ki, bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etmək niyyətindədir.


Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

“Mən Trampın Qüdslə bağlı qərarı ilə əlaqədar nəinki İslam ölkələrinin lideri, həmçinin Qərb ölkələrinin rəhbərləri və Roma Papası ilə də telefonla əlaqə saxlayıram. Bu barədə cənab Putinlə də danışacağam. Çünki məsələ yalnız müsəlmanlara aid deyil”, - deyə Ərdoğan bəyan edib.

Prezident əlavə edib ki, ABŞ BMT-nin Qüdslə bağlı 1980-ci ildə verdiyi və hələlik heç kimin pozmadığı qərarı ayaqlar altına atdı.

Femida.az

Açar sözlər:

Oxunub: 287