Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

14:04     07 Dekabr 2017 7a78293e-c5ef-4cfe-80a4-1505fe7cb2d5.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, iki ölkənin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 162