Nazirliyə bir ayda 10 min müraciət edilib
20:53 07 Dekabr 2017
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyindən Femida.az -a bildiriblər ki, ay ərzində həmin mərkəzlərə ümumilikdə 14 min 60 müraciət daxil olub. Telefon Məlumat Mərkəzində 10 min 829 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 231 nəfərə xidmət göstərilib.
Hər iki mərkəzə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1557 sənəd (750 məktub, 589 ərizə, 218 digər sənəd) qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və dərs saatlarının verilməsi ilə bağlı məsələləri əhatə edib.
Oxunub: 688
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazirliyə edilən zənglərin sayı azalıb
- Nazirliyə yeni bina tikilir
- Nazirliyə 7 milyondan çox müraciət edilib
- Nazirliyə 18 mindən artıq müraciət olub
- Nazirliyə müraciət edənlərin sayı azalıb
- Nazirliyə 6 milyona yaxın müraciət daxil olub
- Nazirliyə 23 minə yaxın zəng gəldi
- Nazirliyə müraciət edənlərin sayı artıb