Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı


01:09     08 Dekabr 2017 8f2b33fe-242c-43e8-8720-3a7234f6ad49.jpg

ABŞ-dan sonra Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Femida.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, İsrail və Fələstin arasında sülh sazişi imzalanana qədər Qüdsün qərbi İsrailin paytaxtı kimi tanınacaq.

“Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi isə ancaq bölgədə və dünyadakı müttəfiqlərlə keçiriləcək görüşlərin nəticələrinə əsasən qərara alınacaq”, - deyə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1845