İcra başçısının müavini vəfat edib


13:13     08 Dekabr 2017 samax0.jpg

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.


Femida.az- ın məlumatına görə, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir.

"Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər", - deyə elanda vurğulanıb.

A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Açar sözlər:

Oxunub: 1434