Nazir işsizliyin səbəbini açıqladı


15:47     08 Dekabr 2017 selim%20m7.jpg

“Statistik məlumatlara əsasən ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır”.


Femida.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O, bildirib ki, işsiz və iş axtaran şəxslərin peşə-ixtisas təhsilinin, əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi də onların işlə təminatında çətinlik yaradır. Digər tərəfdən, elm və texnologiyaların sürətli inkişafı mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi ilə nəticələnir. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır:

“Təcrübə göstərir ki, hər bir ölkə üçün insan kapitalına yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Peşə standartları da işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə, bununla da əmək məhsuldarlığının artımına, iqtisadiyyatın səmərəliliyinə və rəqabət qabiliyyətliliyinə xidmət edir”.

Femida.az

Açar sözlər:

Oxunub: 950