Vəkilliyə qəbulda keçid balı aşağı salınacaq?

Vəkilliyə qəbulda keçid balı aşağı salınacaq?


16:08     08 Dekabr 2017 vekil%20koleg.jpg

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyil.


A.Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, vəkillər yüksək biliyə sahib olmalıdır ki, vətəndaşların hüquqlarını yaxşı müdafiə edə bilsinlər:

“Müdafiəçi kimi çıxış edən vəkil yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtsas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".

A.Bağırov həmçinin, vəkilliyə qəbulla bağlı iş stajının aşağı salınmasının vacibliyini qeyd edib.

O bildirib ki, vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunduğuna görə, vəkilliyə əvvəllər istefaya gedən hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur: “Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik. Ona görə də iş stajının aşağı salınması vacib məsələdir".

Femida.az

Açar sözlər:

Oxunub: 909