Komitə iclasında iki məsələ müzakirə olunub

Komitə iclasında iki məsələ müzakirə olunub


18:48     08 Dekabr 2017 15127275952164556549_1000x669_1512728129.jpg

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 7-də keçirilən iclasında iki məsələ müzakirə olunub.


Femida.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki birinci məsələnin Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib.

Qeyd edilib ki, qanun layihəsi 18 maddədən ibarətdir.

Sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun ikinci oxunuşda müzakirə olunub.

Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 330