Rusiya Sarkisyanın üzərinə öhdəliklər qoyub


15:18     08 Sentyabr 2015 1344498077_41d40892b4da88f07daf.jpeg

“Sarkisyanın üzərinə yeni öhdəliklər qoyulub”

Femida.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Sahib Alıyev deyib. Deputatın sözlərinə görə, Serj Sərkisyanın dünən prezident Vladimir Putinin hüzurunda Rusiyanın Ermənistana cəbbəxanasını yeniləmək üçün 200 milyon dollar güzəştli kredit verməsi haqqında açıqlamasının arxasında iki məsələ dayandığını bildirir.


“Birincisi, 2-3 ay bundan öncə anons edilən kredit məsələsini yeni bir şeymiş kimi yenidən qabardılması onunla bağlı ola bilər ki, Sarkisyanın üzərinə yeni öhdəliklər qoyulub.

Bir qayda olaraq, ciddi hərbi sövdələşmələr kamera önündə dilə gətirilmir. Əgər dilə gətirilirsə, demək, dilə gətirən tərəf bunun qarşılığında dilini gödək edəcək nələrəsə gedib. Amma bu da ola bilər ki, Moskvanın Ermənistana satdığı qazın qiymətini yenidən ucuzlaşdırması və bu kredit məsələsinin qabardılması ermənilər arasında Rusiyaya qarşı artan narazılığı azaltmaqla yanaşı, həm də Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrindən, daha dəqiqi nəticəsizliyindən doğur. Yəni rəsmi Bakı Kremlin müəyyən arzularına müsbət cavab verməyib, onlar da məhz indi Sərkisyanı Moskvaya çağırıb Ermənistana bəzi güzəştlər etməklə bir güllə ilə 2 dovşan vurmağa çalışırlar. Bir tərəfdən Ermənistanda Rusiyaya qarşı getdikcə artan və daha da artacağı proqnozlaşdırılan narazılıqları önləmək istəyir, digər tərəfdən isə bununla bizi qıcıqlandırmaq niyyəti güdürlər”.

Sahib Əliyev deyib ki, bütün hallarda Azərbaycanın Rusiyaya Ermənistan kimi forpost olmayacağı hər kəsə aydındır.

“Hər kəsə o da aydındır ki, iki ölkə arasında strateji müttəfiqliyin yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən, ədalətli həllindən keçir. Yəni top ermənilərin ağasının meydançasındadır və proseslərin necə sürətlə dəyişdiyini nəzərə alsaq, deməliyik ki, o, orada çox qalası deyil. O da unudulmamalıdır ki, başqa toplar da var. Ancaq onlarla oynamırlar, onlardan atırlar...”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2433