Cocuq Mərcanlı dini icması qeydiyyata alınıb


20:01     08 Dekabr 2017 sas-168.JPG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.


Komitədən Femida.az-a verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Cocuq Mərcanlı məscidi dini icmasının sədri Elman Piriyev Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan dini ibadətgahda dindarlar üçün hər cür şəraitin yaradıldığını söyləyib. Sonda Cocuq Mərcanlı məscidi dini icmasının sədrinə Dövlət Komitəsinin nəşri olan dini maarifləndirici kitablar hədiyyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 537