“ASAN xidmət“ Samux, Xızı və Zirədə


16:27     08 Sentyabr 2015 y88y.jpg

Səyyar "ASAN xidmət" sentyabrın 8-dən Samux və Xızı rayonlarında, Xəzər rayonu Zirə qəsəbəsində əhaliyə xidmətlər göstərəcək.


Xidmətdən Femida.az-a verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Samux və Göygöl rayonlarının sakinləri sentyabrın 8-dən 22-dək Samuxda, Xızı və Siyəzən rayonlarının sakinləri eyni tarixdə Xızıda, Zirə qəsəbəsinin sakinləri 8-17 sentyabr tarixlərində ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Açar sözlər:

Oxunub: 681