Nazirlik 72 əlilə iş verdi


17:04     06 May 2015 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Bu ilin birinci rübündə 6268 nəfər münasib işlərlərlə təmin olunub.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nazilik yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən işlə təmin olunan 6268 nəfərdən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, bu səbəbdən kvota üzrə məşğulluğu təmin olunanlar 222 nəfər olub.

Nazirlikdən onu da bildiriblər ki, həmin şəxslərin 72 nəfərini əlillər, 51 nəfərini qaçqın və məcburi köçkünlər, 49 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 20 nəfərini 20 yaşadək gənclər, 9 nəfərini şəhid ailəsi üzvləri və digər müvafiq şəxslər təşkil edib.

Cari ilin üç ayında haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 109 nəfər, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 893 nəfər təşkil edib.

Açar sözlər:

Oxunub: 453