“2 milyon manat ayrıldı“ - SƏRƏNCAM


16:33     08 Sentyabr 2015 8d79a3289167ad5dbe76375a3ad096bd.jpg


“Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb”.

Femida.az-ın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”.

Açar sözlər:

Oxunub: 989