Onlar da Əli Kərimlidən üz döndərdi
16:51 08 Sentyabr 2015
AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib.
Femida.az-ın məlumatına görə, müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıblar.
Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.
Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına numayəndə seçiliblər.
Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Oxunub: 757
Oxşar xəbərlər
- Onlar internetdə gənclərə narkotik satıb
- Onların ölkədən çıxışı məhdudlaşdırılır
- Onları 18 il həbs cəzası gözləyir — Qanun dəyişdirilir
- Onlar əməkdar artist oldular
- Onları aldadıb qoyunlarını aldı
- Onlara diplomatik pasport veriləcək
- Onların şəhidliyindən 1 il keçir - 6 şəhidin həyat yolu
- Onlar Azərbaycana vizasız gələcək - İlham Əliyev sərəncam verdi
- Onların kommunal xərclərini dövlət ödəyəcək - FƏRMAN
- Onlar 700 manat maaş alacaq