“Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” yaradıldı
23:42 09 Dekabr 2017
Xaricdə təhsil almış və hazırda Azərbaycanda elmi-pedaqoji fəaliyyət göstərən bir qrup tədqiqatçı və ekspertləri birləşdirən “Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” (AAAA) İctimai Birliyinin təsis yığıncağı keçirilib.
Təsis yığıncağının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Muxtar Hacızadə bildirib ki, qeyri-hökumət təşkilatlarının rolu vətəndaş cəmiyyəti və onun qurulmasında, eyni zamanda, respublikamızın ictimai, siyasi və iqtisadi həyatında fəal iştirakçılıq baxımından çox önəmlidir. AAAA ictimai birliyinin əsas məqsədi Avropa və Azərbaycana dair bütün fənlərarası aspektlər üzrə maraqlanan şəxsləri, o cümlədən alim, tədqiqatçı, tələbə və mütəxəssisləri bir araya gətirmək və onlar arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.
Azərbaycanın Avropada və dünyada tanınması üçün müxtəlif proqramlar həyata keçirmək, qabaqcıl təcrübə mübadiləsi üçün xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etmək də Birliyin əsas hədəflərdəndir. Azərbaycan və Avropa münasibətlərinin yaxınlaşması və şaxələndirilməsi üçün potensial imkanların öyrənilməsi istiqamətində ayrı-ayrı problemlər üzrə tətbiqi elmi-tədqiqatların yerinə yetirilməsinin də nəzərdə tutulduğu qeyd olundu.
Yığıncaq iştirakçıları AAAA ictimai birliyinin yaranmasının beynəlxalq elmi yenilikləri müşayət etmək, nəzəriyyənin və praktikanın müvafiq sahələrində ən son nailiyyətlər barədə məlumatlara olan tələbatın təmin olunmasına xidmət etmək məqsədilə konfranslar keçirmək, qonaq mühazirəçilər tərəfindən leksiya, seminarın verilməsini təşkil etmək, alim və mütəxəssislərin fikir mübadiləsi üçün platforma rolunda çıxış etmək baxımından önəmini vurğulayıblar.
Birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.
Oxunub: 846
Oxşar xəbərlər
- “Azərbaycanda bir yoxsul belə qalmayacaq” - Baş nazirin müavini
- “Azərbaycan Avropa İttifaqından nəsə ummur” - Novruz Məmmədov
- “Azərbaycandakı təkanların İrandakı zəlzələ ilə əlaqəsi yoxdur”
- “Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”- Ərdoğan
- “Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir” - İlham Əliyev
- “Azərbaycanın çox böyük neft ehtiyatları var” - İlham Əliyev
- “Azərbaycan dünyada idman dövləti kimi tanınır“ - İlham Əliyev
- “Azərbaycan xalqının səbri tükənməkdədir” - Səfir
- “Azərbaycan jurnalistikası inkişaf edir” – İlham Əliyev
- “Azərbaycan Türkiyənin dar günündə həmişə yanında olub” – Səfir