Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb


13:02     10 Dekabr 2017 tiflis3.jpg

2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 milyon 556 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

Femida.az bildiriri ki, bu barədə Trend Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən xəbər verir. Qeyd olunur ki, bu ən yüksək göstəricidir.

Rusiyaya gəlincə, həmin dövrdə 1 milyon 309 min 900 rusiyalı Gürcüstana səfər edib. Bu keçənilki göstərici ilə müqaisədə daha çoxdur. Bundan əlavə, bütün postsovet dövrü ərzində il ərzində ilk dəfə olaraq respublikaya bu qədər rusiyalı gəlib.

Türkiyəyə gəlincə isə, Gürcüstana səfər edənlərin sayı 1 milyon 136 mindir.

Femida.az

Açar sözlər:

Oxunub: 504