Avtobus daha bir can aldı


16:41     10 Dekabr 2017 tecili%20yardim11.jpg

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

Şəhər sakini 1944-cü il təvəllüdlü Ələsgərova Nərgiz Hüseyn qızı şəhərdə 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 816