70 yaşlı qadının meyiti tapılıb


23:43     10 Dekabr 2017 big_1405799282_meyit.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 557