İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı


01:56     11 Dekabr 2017 israil-quvveleri-hezret-yusifin-e-meqberesinde-felestinlilere-hucum-edib-186210.jpg

İsrailin müdafiə ordusu fələstinli tacirdən alma oğurlayan komandiri xidmətdən uzaqlaşdırıb.

Bu barədə Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.

“Ordu bu cür hərəkəti məqbul saymır. Araşdırmalardan sonra komandir xidmətdən uzaqlaşdırılıb. O, cəzasını alıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarından sonra dekabrın 9-da Hevron şəhərində baş qaldıran iğtişaşların yatırılması üzrə aparılan xüsusi əməliyyat zamanı baş verib. 84-cü piyada briqadası “Givati”nin dəstə komandiri rayonlardan birini yoxlayarkən, sahibinin qoyub qaçdığı piştaxtaya yaxınlaşaraq üç alma götürüb və əsgərlərinə ötürüb. Bütün bunlar şahidlər tərəfində videoya alınıb və sonra Twitter-də yerləşdirilib.



Açar sözlər:

Oxunub: 1224