Bu avtobusun hərəkət istiqaməti dəyişdi


14:17     11 Dekabr 2017 bakubas6.jpg

Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib.


"BakuBus" MMC-dən Femida.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə hərəkətlərini davam etdirir. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 720