İlham Əliyev xarici işlər nazirini qəbul edib


19:06     08 Sentyabr 2015 8b6d5-ilham-eliyev.jpg

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısı San-Marino Respublikasının kapitan-regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, əlaqələrin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

P. Valentini isə səfər proqramının geniş olduğunu deyib. O bildirib ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

Açar sözlər:

Oxunub: 858