Şabran sakinini bıçaqlayan şəxs saxlanılıb


16:33     11 Dekabr 2017 hebs%20olundu.jpg

Şabran sakininə xəsarət yetirən şəxs saxlanılıb.


DİN Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz etmə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat edilib.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyənləşib. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutulub. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 481