Prezident müşavirə keçirdi - Yenilənib


19:45     08 Sentyabr 2015 20141224_17185.jpg

Bu gün prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.


Dövlət başçısı müşavirədə çıxış edərək bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıbdır. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur.

Dövlətimizin başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv bə subyektiv səbəbləri var: "Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır".

Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür".

Açar sözlər:

Oxunub: 1807