“Qarabağ“ növbəti rekorda imza atdı
18:02 11 Dekabr 2017
Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb.
Femida.az PFL-in saytına istinadən xəbər verir ki, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.
Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.
Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.
Femida.az
Oxunub: 545
Oxşar xəbərlər
- “Qarabağ“ın U-19 komandası “Çelsi“yə uduzdu
- “Qarabağ“ – “Kopenhagen” matçının biletləri satışa çıxır
- “Qarabağ“ çempion oldu - 5 qat
- “Qarabağ“ın cavab oyununun başlama saatı məlum oldu
- “Qarabağ“dan möhtəşəm qələbə
- “Qarabağ“ rəqibini darmadağın etdi
- “Qarabağ“ Avroliqada “Top-10”da!
- “Qarabağ“ da avrokuboklarla vidalaşdı
- “Qarabağ“dan sensasiyalı məğlubiyyət
- “Qarabağ“ növbəti oyuna çıxır - Avropa Liqası