Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub


14:58     12 Dekabr 2017 president_yeni_qatarlar_030615_01.jpg

Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub.


Bu barədə Femida.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabrın 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07:45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 611