Bakı metrosunda gərgin anlar - Gənc relsin üzərinə yıxıldı


17:19     12 Dekabr 2017 metro%20qaar.jpg

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.


Bu barədə Femida.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi qeyd edib ki, "Həzi Aslanov"-"Dərnəgül" xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb.

"Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. Sərnişin başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib".

Femida.az

Açar sözlər:

Oxunub: 1541