Hava dəyişəcək


20:50     08 Sentyabr 2015 1b630Hava%20buludlu%201.jpg


Sentyabrın 09-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24˚, gündüz 30-35˚, Bakıda gecə 22-24˚, gündüz 33-35˚ isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25˚, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26˚, Türkan, Hövsan, Şıx, Sahildə 26-27˚ isti təşkil edəcək.

Sentyabrın 09-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24˚, gündüz 32-37˚, dağlarda gecə 10-15˚, gündüz 26-31˚ isti olacaq.

Açar sözlər:

Oxunub: 1419