Bağlanan universitetin rektoru danışdı: “Tələbə sayı az idi”


21:19     08 Sentyabr 2015 calil.jpg

“Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”.


Bunu açıqlamasında Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev deyib.

O bildirib ki, müraciətin əsas səbəbi universitetdə təhsil alan tələbələrin sayının azlıq təşkil etməsidir: “Şöbələr, qəbul planı və tələbələr az idi. Gələcəyə qəbul planını artırmaq lazımdır. Hazırda 270 tələbə təhsil alır. Ümid edək ki, gələcəyə bu sıxıntı aradan qaldırılacaq. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək”.(Aznews)

Açar sözlər:

Oxunub: 2433