400 min uşaq acından ölə bilər


13:19     13 Dekabr 2017 f_17043003901487758669.jpg

Konqoda 400 000-dək uşaq acından ölə bilər.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə YUNİSEF-in məlumatında qeyd olunur.

BMT-nin uşaq fondu məlumat yayıb ki, Konqonun Kasai bölgəsində azı 400 min həddindən artıq zəif uşaq acından ölə bilər. Məlumatda bildirilir ki, faciəvi vəziyyətin yaranmasına səbəb zorakılıq, insanların kütləvi şəkildə yerdəyişməsi və son 1,5 il ərzində kənd təsərrüfatı işlərinin kəskin azalmasıdır.

Cari ildə əkin mövsümü səmərəsiz keçdiyindən humanitar vəziyyətin azı 2018-ci ilin iyununadək çox ağır olacağı proqnozlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 681