Vəli Kiçik Xocalı faciəsində günahlandırılır - SENSASİYA


21:50     08 Sentyabr 2015 0-0aaa-aaveli.jpg

"Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir"

Femida.az xəbər verir ki, bunu Ərdəbil şəhərinin imam-cüməsi Seyid Həsən Amili deyib.


İran-Azərbaycan münasibətlərinə dair sensasiyalarla dolu açıqlama verən İran ruhani lideri 90-cı illərin əvvəllərində Azərbaycan cəbhələrində İranın məxfi iştirakına qarşı 2003-cü ildə Türkiyədə dövlət çevilişinə cəhd edən "Ergenekon" təşkilatına Qərb ölkələri tərəfindən gizli tapşırıqlar göndərildiyini deyib.

“Qardaş Türkiyədə, hərbçilər arasında “Mossad”ın ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətinə xitam vermək üçün xüsusi tapşırıq aldı. Tapşırıqda qeyd olunurdu ki, guya İran Qarabağa yardım adı ilə Azərbaycanda “Hizbullah” təşkilatı yaradır. İranın bu hərəkəti Livanda “Hizbullah” yaradılması ilə müqayisə olunur, bu iş durdurulmazsa, az bir zamanda onun da qarşısıalınmaz prosesə çevrilməsi vurğulanırdı. Bu missiyanı həyata keçirmək üçün Vəli Kiçiyə tapşırıq verilir. Qısa vaxtda layihə hazırlanır. Vəli Kiçiyin rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır. Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli idi. Məhz belə şəraitdə Xocalı faciəsi amansızlıqla tamaşaya qoyuldu. Xocalı faciəsi barədə söz çoxdur. Xocalı faciəsinin ildönümü ilə bağlı cümə xütbələrində bu barədə danışmışam. Bu münasibətimə görə ittiham edilmişəm ki, guya Azərbaycan xalqını müqəssir sayıram. İnsafınız olsun, xain siyasətçilərin cinayətini xalqın ayağına yazmayın. Mən xalqı yox, məlum qüvvələri nəzərdə tutmuşam. Ürəyimizi qana döndərən, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə? Ruslarınmı? Məlumdur ki, Xocalı qırğınından bir neçə gün sonra Ayaz Mütəllibov devrildi. Mütəllibov rusların himayəsində deyildimi, onlar öz adamlarını devirib qərbpərəst Elçibəyimi gətirmək istəyirdilər? Gün kimi aydındır ki, belə deyil. Amma onların təbirincə desək, Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş məkrli plan idi. Onun arxasında Ergenekon, əslində “Mossad” dayanırdı.

Şükür ki, əlləri minlərlə müsəlman qanına bulaşmış Ergenokon generalları Ərdoğanın qüdrətli qolları arasında can verir. Minlərlə səhifədən ibarət Ergenekon cinayət qovluğu bu gün vərəq-vərəq oxunur, xəyanətlər ifşa olunur. Amma onun Azərbaycana aid hissələri həmişəlik qapadıldı. Vəli Kiçik, onun türkiyəli və azərbaycanlı kadrları Xocalı qırğınına görə dindirilmir”

Qeyd edək ki, Ərdəbil şəhərinin imam-cüməsi Seyid Həsən Amili tez-tez mətbuata İran və Azərbaycan münasibətlərini şübhə altına alan açıqlamalar verir. Bundan əvvəl də ruhani lider tariximizi saxtalaşdırmaqla məşğul idi. O Azərbaycan tarixini təhrif edərək, Azərbaycan əhalisinin özünü «iranlı» adlandırmasını söyləmişdi.


Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2623