Ölkəyə gətirilən maşınların sayı artıb


13:29     13 Dekabr 2017 masinlar.jpg

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.


Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 169 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 577 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1023