Havadan xəbər var


18:41     06 May 2015 e9c4c1a5-73de-440d-8564-f39e29cb7cc8.jpg

Mayın 7-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 491