Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR


20:17     13 Dekabr 2017 N2VmMDcxMGJhNjBjNDBlMTM4YjJkOGJhODEzZmU1NTc1.jpg

Dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1444 vakant vəzifə təqdim olunub.


Femida.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində məlumat verilib.

İnzibati rəhbər vəzifələr üzrə (A növü) 195, inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim edilib. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (635 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (141 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (121 vakant vəzifə) tərəfindən müsabiqəyə çıxarılıb.

İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə təqdim edilib. Regionlar üzrə ümumilikdə 1137 vakant vəzifənin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

Hazırda dövlət orqanları tərəfindən vakant vəzifələr müsabiqəyə təqdim olunmaqdadır.

Vakansiyalar üzrə ətraflı məlumat “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1436